Yevgeni Kukseviç: "Neftçi" İK ilə oyundan öncə komandada əhvali-ruhiyyə yüksək səviyyədədir"
- 18 may, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün baş tutacaq "Neftçi" İK-ya qarşı çempionluq matçından öncə "Araz-Naxçıvan" futzal klubunda əhvali-ruhiyyə yüksək səviyyədədir.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis matçdan öncə komandadakı son durumu dəyərləndirib:
"Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir. Başda mən olmaqla bütün kollektiv qələbəyə köklənib. Məqsədimiz ancaq lazımi nəticəni əldə etməkdir. Heyətdə ciddi itki yoxdur. Yalnız bir oyunçumuzun yüngül zədəsi var. Güman edirəm ki, matçın startına qədər o da sıralarımıza dönəcək. Digər futzalçıların hamısı qarşılaşmaya tam hazırdırlar. Gözəl bir oyun olsun və kim güclüdürsə, o da qalib gəlsin".
Qeyd edək ki, "Neftçi" İK – "Araz-Naxçıvan" görüşü bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək.