​"Xəzər Lənkəran"ın 3 futbolçusu "Simurq"la oyunu buraxacaq

Futbol
  • 01 noyabr, 2014
  • 10:58
​Xəzər Lənkəranın 3 futbolçusu Simurqla oyunu buraxacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu futbol üzrə Topaz Premyer Liqasının XI turunda "Simurq"la keçirəcəyi ev oyununa itkilərlə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, qapıçı Cahangir Həsənzadə, müdafiəçi Uğur Pamuk və hücumçu Ağabala Ramazanov görüşə çıxa bilməyəcək.

Hər 3 oyunçu zədəlidir. Həsənzadə gələn həftədən komanda ilə birgə məşqlərə başlayacaq, Pamuk və Ramazanovun dönüşü isə bir qədər yubanacaq.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Xəzər Lənkəran" - "Simurq" oyunu saat 17:00-da başlayacaq.