Xavyer Aqirre: "Növbəti oyun Meksika millisinin tarixində ən vacib sınaq olacaq"

Futbol
  • 01 iyul, 2026
  • 09:40
Xavyer Aqirre: Növbəti oyun Meksika millisinin tarixində ən vacib sınaq olacaq

Futbol üzrə Meksika millisinin növbəti oyunu baş məşqçi Xavyer Aqirrenin karyerasında, komandanın isə tarixində ən vacib sınaq olacaq.

"Report" xəbər verir ki, bu barədə X.Aqirre açıqlama verib.

67 yaşlı mütəxəssis Ekvadora 2:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:

"Həqiqətən ilk hissədə çox yaxşı oynadıq. İkinci yarıda topa nəzarət etməyi bacardıq. Gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm. Hər kəsin necə xoşbəxt olduğunu gördük. Fanatlarla komanda arasında bağın olduğuna əminəm. Bütün oyunçular bu qarşılaşmada çox qaçdılar. Bazar günü keçiriləcək növbəti matç Meksika millisinin tarixində və karyeramda ən vacib sınaq olacaq".

Xatırladaq ki, Meksika komandası 1/8 finalda İngiltərə - Konqo DR cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 5-də keçiriləcək.