"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
Futbol
- 02 sentyabr, 2025
- 16:07
Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" komandası baş məşqçi İbrahim Uzunca ilə müqavilə müddətini uzadıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Ötən mövsüm komandanı Region Liqasının çempionu edən 63 yaşlı mütəxəssislə 1 illik anlaşma imzalanıb.
Qeyd edək ki, İ.Uzunca karyerası ərzində Azərbaycanda "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ Quba", "Xan Lənkəran" və "Dinamo" klublarını çalışdırıb. Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir", BÇ "Mimaroba" ("Küçükçekmece") və "Osmaniyespor"da baş məşqçi kimi fəaliyyət göstərib.
Son xəbərlər
17:59
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
Media17:57
Foto
Bərdədə avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var
Hadisə17:53
Emiliano Martines karyerasını "Çelsi"də davam etdirə bilər
Futbol17:50
"Daşkənd Fond Birjası" ABB ilə müqavilədən sonra "Davr Bank"ın səhmləri ilə ticarəti bərpa edir
Maliyyə17:49
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
Energetika17:44
Foto
Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb
İnfrastruktur17:36
Foto
Qubada III "Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb
Futbol17:21
Foto
SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib
Energetika17:18