Vüsal İsgəndərli: "Ararat-Armenia" ilə oyun üçün İrəvana gedirəm, menecer biletimin alındığını söylədi"

Futbol
  • 10 iyul, 2023
  • 07:08
Vüsal İsgəndərli: Ararat-Armenia ilə oyun üçün İrəvana gedirəm, menecer biletimin alındığını söylədi

"İnşallah mən də oyuna gedirəm".

Bunu "Report"a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın "Ararat-Armenia" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: "Menecer dedi ki, biletin alınıb, gedirsən".

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat-Armenia"ya qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.

44 filmi