Vasili Berezutski: "Sumqayıt"la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq"

Futbol
  • 27 fevral, 2025
  • 22:49
Vasili Berezutski: Sumqayıtla əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq

"Sumqayıt"la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Sumqayıt"a qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:

"Kubok oyunları asan olmur, həmişə çətin keçir. İlk oyunumuz 0:0 bitmişdi. Bu gün biz "Sumqayıt"la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq. Futbolçulara növbəti mərhələyə vəsiqə qazandıqlarına görə "afərin" düşür. Hamını qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" oyunu "bayquşlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.