Ukrayna və Rusiya klubunun futbolçuları Azərbaycan millisinə çağırılıb

Futbol
  • 10 yanvar, 2020
  • 14:34
Ukrayna və Rusiya klubunun futbolçuları Azərbaycan millisinə çağırılıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 14-dən 17-dək Bakıda, 18-dən 28-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev hazırlıq prosesi üçün 23 oyunçuya dəvət göndərib. 

Yığma yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. 

№SOYADADKLUB
1SamiqqulinRüstəmSabah
2ŞabanovVüsalZaqatala
3NadirovMuşviqQəbələ
4BayramovEmilObolon Kiyev (Ukrayna)
5ŞixamirovNemətQəbələ
6MusayevNemətSabah
7CəfərovŞamilSəbail
8ŞirinovŞirinKeşlə
9MusayevRaulZirə
10ƏhmədovRüfətQəbələ
11ƏliyevElvinSəbail
12YusifliFəridNeftçi
13HəsənzadəNazimSabah
14MirzaevAsifTorpedo Moskov (Rusiya)
15NovruzovIbrahimKeşlə
16QasımovElçinTuran Tovuz
17AbdullayevSamirKeşlə
18SultanovBalamirzəSabah
19NəsirovTuralQəbələ
20MəhərrəmliSamirQəbələ
21YıldırımMustafaAlanyaspor (Turkiyə)
22RzayevVeysəlQəbələ
23CəfərovCamalAnji Mahaçkala (Rusiya)
44 filmi