Ukrayna Premyer Liqası "6-lıq" sisteminə keçib
Futbol
- 30 aprel, 2016
- 06:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 aprel. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasında komandaların sayı 14-dən 12-yə endirilib. "Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.
Növbəti mövsümdən bu ölkədə çempionat iki mərhələdə keçiriləcək. İlkin mərhələdə komandalar iki dövrə mübarizə aparacaqlar. Komandaların mövqeləri müəyyənləşdikdən sonra ikinci mərhələdə onlar iki qrupa bölünəcəklər. İlk "6-lıq"dakı komandalar öz aralarında çempionluq və Avropa kuboklarına vəsiqə uğrunda yarışacaqlar. 7 - 12-ci yerləri tutanlar isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, 2015-2016 mövsümündə Ukrayna çempionluğunu Kiyev "Dinamo"su əldə edib.
Son xəbərlər
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol
05:21
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
Digər ölkələr
04:38
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Xarici siyasət
04:10
Foto
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib
Digər ölkələr
03:48
Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Digər ölkələr
03:12
Tramp: İranla müzakirələrdə kiminlə danışdığımızı artıq bilmirəm
Digər ölkələr
02:44
Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
Digər ölkələr
02:06
Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
Digər ölkələr
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region