UEFA prezidenti: "Azərbaycanın avrokubok finalı keçirmə şansı var" - FOTO
- 30 sentyabr, 2016
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 sentyabr. REPORT.AZ/Bu növ tədbirlər həmişə futbolun inkişafına, populyarlaşmasına, uşaqların futbola cəlb edilməsinə kömək edəcək. Üstəlik, Azərbaycan özünün də 4 oyunu təşkil edəcəyi AVRO-2020-nin final mərhələsinə keçsə, bu daha yaxşı olar". "Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, AVRO-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: "Loqodan çox xoşum gəlir. Artıq UEFA-da işləyən əməkdaşlarıma razılığımı bildirmişəm. Loqonun arxasında duran ideya millətləri birləşdirən ideya kimidir. Burada əsas məqakörpülərdir və bu körpülər Avropadakı millətləri birləşdirir".
A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: "24 saatdan az müddətdir ki, Bakıdayam. Yalnız Bakı Olimpiya Stadionunu kənardan görmüşəm və çox gözəl stadiondur. Dünən də "Qəbələ" - "Maynts" (Almaniya) oyununda oldum və "Bakcell Arena" ilə tanış oldum. Çoxlu qol gördük. Bu isə azarkeşlər üçün yaxşıdır. Gördüyüm bunlardır".
UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: "Bu oyunları keçirmək üçün UEFA-ya sifarişlər göndərilir. Bu UEFA çərçivəsində çox aşkar şəkildə müzakirə olunur. Qalib olmaq mümkündür. Əgər sifariş yaxşıdırsa, qalib gəlir".
Sloveniyalı funksioner AFFA-nın baş katibi Elxan Məmmədovun və ya qurumun digər rəsmisinin UEFA-da məsul vəzifədə çalışma şanslarından da danışıb: "Həmişə belə şans var. Düşünürəm ki, bu, AFFA prezidentinə ünvanlanan sual olmalıdır".