UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək

Futbol
  • 07 sentyabr, 2018
  • 03:46
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək.

"Report" xəbər verir ki, D Liqasının III qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosovonu qəbul edəcək.

Azərbaycan millisinin digər rəqibləri də bu gün üz-üzə gələcək. Farer adaları evdə Maltanı sınağa çəkəcək.

Günün ən maraqla gözlənilən matçı isə B liqasında baş tutacaq. Türkiyə millisi doğma meydanda Rusiya ilə qarşılaşacaq.

7 sentyabr

A Liqası

III qrup

22:45. İtaliya – Polşa

B Liqası

II qrup

22:45. Türkiyə - Rusiya

C Liqası

I qrup

22:45. Albaniya – İsrail

IV qrup

22:45. Litva - Serbiya

22:45. Rumıniya - Montoneqro

D Liqası

III qrup

20:00. Azərbaycan - Kosovo

22:45. Farer adaları - Malta

44 filmi