UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - YENİLƏNİB-4

Futbol
  • 06 avqust, 2026
  • 22:56
UEFA Konfrans Liqası: Qarabağ səfərdə Dinamoya minimal fərqlə uduzub - YENİLƏNİB-4

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.

"Report"un məlumatına görə, "Lublin Arena"da keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "Lublin Arena"da keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk hissə bitib.

"Report"un məlumatına görə, "Lublin Arena"da keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk qol vurulub.

"Report"un məlumatına görə, "Lublin Arena"da keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabı açıb - 1:0.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma "Lublin Arena"da keçirilir.

Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.