UEFA Gənclər Liqası: Yağışa görə fasilə yaranan oyunda "Qarabağ" "Napoli"yə uduzub - YENİLƏNİB-2
- 25 noyabr, 2025
- 19:53
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv V turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə məğlub olub.
Əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.
"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu qaldığı yerdən davam edir.
"Report"un məlumatına görə, İtaliyada baş tutan və şiddətli yağış səbəbindən 61-ci dəqiqədə yarımçıq dayandırılan matçda fasilə başa çatıb.
Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.
"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.
"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, İtaliyada baş tutan qarşılaşma 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda qalıb.
Hazırda qarşılaşmanın çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir. Matçın qaldığı yerdən davam etmə ehtimalı var.
Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.
"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.