UEFA Çempionlar Liqası: "Sabah"ın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb

Futbol
  • 26 noyabr, 2026
  • 11:28
UEFA Çempionlar Liqası: Sabahın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb

"Sabah"ın qapıçısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşı "seyv"ləri sırasında yer alıb.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qolkiperin Bakıda İspaniyanın "Barselona" komandasına qarşı oyundakı "seyvi" "5-liy"ə düşüb.

Xatırladaq ki, Azərbaycan çempionu Liqa mərhələsinin V turunun oyununda rəqibinə 1:4 hesabı ilə uduzub.

44 filmi