UEFA "Borussiya" klubuna qarşı iş açıb
Futbol
- 16 mart, 2016
- 07:45
Bakı. 16 mart. REPORT.AZ/ UEFA Almaniyanın "Borussiya" klubuna qarşı intizam işi açıb. "Report"un məlumatına görə, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Dortmundda keçirilmiş ilk oyunda İngiltərə "Tottenhem"inin 17 azarkeşinin xəsarət almasıdır.
Həmin oyun vaxtı təhlükəsizlik lazımi səviyyədə təmin olunmayıb və "Siqnal İduna Park"ın girişində izdiham yaranıb. Bunun qarşısını almaq istəyən təhlükəsizlik xidməti əməkdaşları azarkeşlərə qarşı bibər qazı və rezin dəyənəklərdən istifadə edib.
UEFA-nın Nəzarət-İntizam Komitəsi və Etika Komitəsi mayın 19-da məsələ ilə bağlı iclas keçirərək qərar verəcək.
Qeyd edək ki, martın 10-da keçirilmiş həmin görüşdə "Borussiya" 3:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00
ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
Digər ölkələr02:39
Gürcüstanda mikroavtobus qəzasında azı 4 Belarus vətəndaşı ölüb
Digər ölkələr02:26