UEFA Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu bəlli olub

Futbol
  • 22 oktyabr, 2021
  • 14:14
UEFA Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu bəlli olub

UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərə "Lester"inin hücumçusu Patson Daka layiq görülüb.

Zambiyalı forvard Rusiyada Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldikləri matçda poker edib.

Konfrans Liqasında isə Norveçin "Budyo Qlimt" klubunun hücumçusu Erik Botheym həftənin oyunçusu seçilib. 21 yaşlı forvard evdə İtaliya "Roma"sını 6:1 hesabı ilə darmadğaın etdikləri görüşdə 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.