UEFA avrokuboklarda iştirak edən Azərbaycan klublarına ödəniş edib

Futbol
  • 16 avqust, 2023
  • 12:31
UEFA avrokuboklarda iştirak edən Azərbaycan klublarına ödəniş edib

UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycanın üç klubuna ödəniş edib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Qəbələ"yə 450000, "Neftçi" və "Sabah"a isə hərəsinə 100000 avro verilib.

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə adı çəkilən klubların hesabına köçürülüb.