Türkiyə millisinin müdafiəçisi zədələndiyi üçün heyətdən çıxarılıb

Futbol
  • 08 oktyabr, 2023
  • 13:51
Türkiyə millisinin müdafiəçisi zədələndiyi üçün heyətdən çıxarılıb

AVRO-2024-ün seçmə mərhələsində Xorvatiya və Latviya yığmaları ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik edilib.

"Report" xəbər verir ki, Almaniyanın "Hoffenhaym" klubundan cəlb olunan Ozan Kabak zədələnib.

23 yaşlı müdafiəçinin əvəzinə milliyə "Trabzonspor"dan Rayyan Baniya dəvət alıb.

Qeyd edək ki, oktyabrın 12-də Xorvatiyanın qonağı olacaq Türkiyə bundan üç gün sonra Latviyanı qəbul edəcək.

44 - Tezliklə