"Turan Tovuz"un yubiley qolunun müəllifi: "Ümid edirəm ki, 200-cü qolu da mən vuraram"

Futbol
  • 25 noyabr, 2025
  • 14:38
Turan Tovuzun yubiley qolunun müəllifi: Ümid edirəm ki, 200-cü qolu da mən vuraram

"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov komandasının Misli Premyer Liqasındakı 200-cü qolunun da müəllifi olmaq istəyir.

Bunu "Report"a açıqlamasında yarımmüdafiəçi öz deyib.

O, XII turda "Araz-Naxçıvan"ın qapısına vurduğu yubiley - 150-ci qolu şərh edib:

"Araz-Naxçıvan"la matçda komandamın yubiley qolunu mənim vurduğumu sizin vasitənizlə indi öyrəndim. Yaxşı mənada çox təəccübləndim. Artıq qollarımızın sayı 150-yə çatıb ki, bu da möhtəşəmdir. "Turan Tovuz"un birinci qolunu da çox yaxşı xatırlayıram. İnşallah, tezliklə bu rəqəm 200-ə çatar. Nə vaxtsa karyeram başa çatanda qürurla xatırlayacam ki, komandamın 150-ci qolunu mən vurmuşdum. Həqiqətən bu xəbəri eşidəndə əhvalım yüksəldi. Ümid edirəm ki, 200-cü qolu da mən vuraram".

Qeyd edək ki, "Turan Tovuz" 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib. Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən komandanın ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti