"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub - YENİLƏNİB
- 06 yanvar, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub.
Klubdan "Report"a verilən məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi "Poqon"a qarşı keçirəcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
"Report"un əldə etdiyi məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqibin adına bu gün aydınlıq gələcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.