"Turan Tovuz"un baş məşqçisi: "Qol epizodu yarada bilmirdik"

Futbol
  • 16 fevral, 2026
  • 16:55
Turan Tovuzun baş məşqçisi: Qol epizodu yarada bilmirdik

Misli Premyer Liqasının XX turunda keçirilmiş "Şamaxı" - "Turan Tovuz" matçında hər iki komanda qol epizodları yarada bilməyib.

"Report" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.

73 yaşlı mütəxəssis qolsuz başa çatan oyunla bağlı fikirlərini bölüşüb:

"Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı. "Şamaxı"nın müdafiəçiləri də yaxşı oynadılar. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı meydanda icra edə bilmədik. Təhlillər aparacağıq".

Baş məşqçi yeni transferləri Mark Mampassinin uzun müddət məşq etmədiyini söyləyib:

"Ümid edirik ki, bizə fayda verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti