"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib

Futbol
  • 06 avqust, 2026
  • 14:54
Turan Tovuz serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib

"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

28 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanıb.

Son olaraq Sloveniya təmsilçisi "Koper"in şərəfini qoruyan futbolçu vətənində "İMT Novi Beoqrad", "Vojdovats" Türkiyədə "Konyaspor"un formasını geyinib.