"Turan Tovuz" rəsmisi: "Böyük ehtimalla "Şamaxı"nı Tovuzda qəbul edəcəyik"

Futbol
  • 03 oktyabr, 2025
  • 14:18
Turan Tovuz rəsmisi: Böyük ehtimalla Şamaxını Tovuzda qəbul edəcəyik

"Turan Tovuz" komandası Misli Premyer Liqasının X turunda "Şamaxı"nı böyük ehtimalla Tovuz şəhər stadionunda qəbul edəcək.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev açıqlama verib.

O, arenanın ot örtüyünün oktyabrın sonunadək tam hazır olacağını xatırladıb:

"Hazırda işlər plan üzrə gedir və axsama yoxdur. Yekun ot biçimi və daha sonra test prosesi olmalıdır. Bundan sonra artıq məlumat veriləcək ki, biz X turun qarşılaşmasını öz evimizdə qəbul edə bilərik, ya yox. Lakin böyük ehtimalla bu belə olacaq".

Qeyd edək ki, Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan Tovuz" 2025/2026 mövsümünün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul edir. Misli Premyer Liqasında X turun matçları 31 oktyabr - 2 noyabrda baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti