"Turan Tovuz" "Kəpəz"lə oyunda baş verənlərə görə 3 min manat ödəyəcək
Futbol
- 25 yanvar, 2024
- 11:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib.
"Report"un məlumatına görə, buna Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.
Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.
İntizam Komitəsi "Səbail" və "Sumqayıt"a 700 manat cərimə yazıb. Paytaxt klubunun 4 oyunçusu "Zirə" (0:0) ilə matçda, "gənclik şəhəri" təmsilçisinin eyni sayda üzvü "Qəbələ" (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Son xəbərlər
06:22
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Region
05:44
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Region
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT