"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

Futbol
  • 13 yanvar, 2023
  • 14:40
Turan Tovuz İsveçrə klubuna qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" klubu növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Tovuz klubu ikinci sınağında İsveçrənin "Arau" komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Ayxan Hüseynov vurub.

Qeyd edək ki, "Turan Tovuz" Antalyadakı ilk matçında Rumıniya "Petrolul"una 2:3 hesabı ilə uduzub.