Tomas Kristiansen: "Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil"
- 18 iyun, 2026
- 06:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Panama millisi onu məğlub etməyin asan olmadığını sübut etmək istəyir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Qanaya qarşı DÇ-2026-nın qrup mərhələsinin I tur oyunundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib:
"Bu nəticə bizim üçün ağrılıdır, çünki daha yaxşı nəticəyə layiq idik. İlk hissədə oyuna nəzarət edirdik. Daha sonra rəqib daha yaxşı çıxış etməyə başladı. Bu istədiyimiz futbol deyildi. Amma indi təəssüflənməyin vaxtı deyil.
Qarşıda daha iki oyunumuz var. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, Xorvatiya ilə matçda yaxşı nəticə qazanmalıyıq. Bu görüşdən çıxarmalı olduğumuz dərslər var. Dünya çempionatında səhvlər çox baha başa gəlir. Xorvatiya ilə oyunda çəkinən tərəf olmayacağıq. Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil və son nəfəsimizədək mübarizə aparacağıq".
Qeyd edək ki, Panama millisi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Qanaya 0:1 hesabı ilə məğlub olub.