Tahir Gözel: "Qarabağ"ın qələbəsini Prezident İlham Əliyevə həsr edirik"
Futbol
- 17 sentyabr, 2025
- 02:49
"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.
"Report" xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:
"Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik".
Qeyd edək ki, "Qarabağ" Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.
Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.
Son xəbərlər
12:34
Ceyhun Məmmədov: Ağıllı telefonların uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri gündən-günə artır
Digər12:31
Ötən il ASCO gəmiləri ilə həyata keçirilən dibdərinləşdirmə işinin həcmi açıqlanıb
İnfrastruktur12:27
Azərbaycanda icbari sığorta müqavilələrinin sayı 1,5 milyona yaxınlaşıb
Maliyyə12:25
Azərbaycan basketbol millisinin sabiq üzvü "Sumqayıt" klubunda məşqçiliyə başlayıb
Komanda12:25
Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Ekologiya12:25
Astana hava limanında reyslərdə gecikmələr yaranıb
Region12:22
Beyləqanda yeni doğulan körpənin ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Hadisə12:21
Parlament Azərbaycanda asbestin qadağan olunmasını son oxunuşda qəbul edib
Milli Məclis12:21