"Qarabağ"ın rəqibi iki futbolçusunu icarəyə verib

Futbol
  • 15 iyul, 2022
  • 09:00
Qarabağın rəqibi iki futbolçusunu icarəyə verib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusunu icarəyə verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Silvan Vallner və Nils Rayxmut daha çox oyun təcrübəsi qazanmaq üçün 2022/2023 mövsümünü "Vil"də keçirəcək.

Bundan əlavə, "Sürix" Rayxmutun müqaviləsinin 2025-ci ilədək uzadıldığını açıqlayıb.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.