"Sumqayıt" Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
  • 13 avqust, 2026
  • 19:36
Sumqayıt Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

"Sumqayıt" klubu futbolçusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçinin sözləşməsi "1+1" il şərti ilə yenilənib.

Qeyd edək ki, 2025-ci ildən "Sumqayıt"da çıxış edən Ronaldo Vaskez 46 oyunda meydana çıxıb. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.