"Sumqayıt" Premyer Liqada 400-cü qolunu vurub
Futbol
- 17 mart, 2025
- 10:18
"Sumqayıt" Azərbaycan çempionatında 400-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"la oyuna təsadüf edib.
2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.
“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.
Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.
Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/2012 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.
Son xəbərlər
10:17
Azərbaycanda yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur
Daxili siyasət10:15
"Portu" Fildişi Sahili millisinin üzvü Seku Fofananı icarəyə götürüb
Futbol10:15
Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Ekologiya10:07
Hörmüz boğazında tankerə hücum edilib
Digər ölkələr10:06
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
Hadisə10:03
Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var
Hadisə10:02
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıb
Elm və təhsil09:58
Xüsusi nümayəndəlik: Cari təmir ehtiyacları dövlət büdcəsindən maliyyələşdirilmir
Daxili siyasət09:58