"Sumqayıt" klubu "Şaxtyor"un yetirməsi ilə müqaviləni yeniləyib

Futbol
  • 20 iyun, 2023
  • 08:47
Sumqayıt klubu Şaxtyorun yetirməsi ilə müqaviləni yeniləyib

"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.

"Gənlik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.