"Sumqayıt"ın futbolçusu 100-cü matçına çıxdı
Futbol
- 12 aprel, 2021
- 07:31
“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın XXII turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.
Son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
Qeyd edək ki, Xəyal Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.
Son xəbərlər
09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18
Xulian Alvares Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu olub
Futbol08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38