"Sumqayıt"ın baş məşqçisi: "Məqsəd daha az forma şansı qazanan futbolçuları oynatmaq idi"

Futbol
  • 29 oktyabr, 2025
  • 16:47
Sumqayıtın baş məşqçisi: Məqsəd daha az forma şansı qazanan futbolçuları oynatmaq idi

"Sumqayıt" klubu Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini bildirib:

"Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. "Zaqatala"ya növbəti oyunlarda uğurlar arzu edirik".

Qeyd edək ki, "Sumqayıt" 1/8 finalda I Liqa təmsilçisi "Difai" ilə qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti