“Sumqayıt” Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb
Futbol
- 25 dekabr, 2023
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti XVIII turda “Səbail” üzərində əldə edilib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi bu uğura 382-ci matçında nail olub. 2011-ci ildən Premyer Liqada oynayan “gənclik şəhəri” təmsilçisi 62 dəfə evdə, 38 dəfə səfərdə 3 xalın sevincini yaşayıb.
“Sumqayıt”ın ilk uğuru 2011/2012 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “kimyaçılar” 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə qazanan 12-ci komandadır.
Son xəbərlər
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfər edib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda
21:08
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Fərdi
21:04
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Digər ölkələr
20:44
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
Fərdi
20:26
Foto
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Futbol
20:16
Foto
Video
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Hadisə