Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"

Futbol
  • 27 iyun, 2026
  • 03:32
Stole Solbakken: Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi

Fransanın futbolçusu Usman Dembelenin Norveç yığmasına vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Norveç seçməsinin baş məşqçisi Stole Solbakken Fransaya qarşı DÇ-2026-nın qrup mərhələsinin III turunun oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanın heyətində Dembele həqiqətən də əla oyun keçirdi. Zərbələri çox təmiz alınırdı və onu dayandırmaq bizim üçün böyük çətinlik yaratdı. Futbolçularımız sol cinah müdafiəçisi Fredrik Byorkana lazımi dəstəyi verə bilmədilər. Əslində, komanda olaraq ona daha çox kömək etməli idik. Bununla belə, Dembelenin vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi. Üçüncü qolu isə, ümumiyyətlə, buraxmamalı idik".

Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

44 filmi