Stiven Cerrard Yunanıstan klubunun baş məşqçisi ola bilər

Futbol
  • 19 aprel, 2023
  • 08:03
Stiven Cerrard Yunanıstan klubunun baş məşqçisi ola bilər
Stiven Cerrard

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Yunanıstan "Olimpiakos"unun baş məşqçisi təyin oluna bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, agentlər Afina təmsilçisinə 42 yaşlı mütəxəssisi təklif ediblər.

O, hazırda bu posta əsas namizəd hesab edilir.

Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.

44 - Tezliklə