Steven Cerrard "Liverpul"da vida oyununa çıxacaq
Futbol
- 16 may, 2015
- 12:21
Bakı. 16 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Steven Cerrard bu axşam "Enfild" stadionunda son oyununa çıxacaq.
"Report"un məlumatına görə, ingiltərəli yarımmüdafiəçi Premyer Liqanın XXXVII turunda "Kristal Pelas"a qarşı doğma meydanda keçiriləcək oyunda son dəfə "Liverpul" formasını geyinəcək.
1998-ci ildə "topçular"ın heyətində debüt edən 35 yaşlı futbolçu 17 ildə 708 rəsmi matça çıxıb və rəqib komandaların qapısına 185 qol vurub. Klubun internet saytına verdiyi açıqlamada Cerrard bu gecənin çətin olacağını bildirib. O, "Liverpul"un heyətində son dəfə meydana çıxacağı matçın ailəsi, dostları və azarkeşləri üçün təsirləndirici olacağını deyib.
Son xəbərlər
23:25
Kəlbəcərdə 3,6 maqnitudalı zəlzələ baş verib
Hadisə23:02
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Digər ölkələr22:47
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB-7
Digər ölkələr22:45
Eyal Zamir: İsrail bütün əsas cəbhələrdə danışıqlar aparır
Digər ölkələr22:42
Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfinə çevrilib
Futbol22:21
Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr22:07
ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə edib
Xarici siyasət22:03
Birgə Bəyanat: Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir
Xarici siyasət21:53