​Stadionda 113 kq ağırlığında bomba tapılıb

Futbol
  • 02 mart, 2015
  • 06:31
​Stadionda 113 kq ağırlığında bomba tapılıb

Bakı. 2 mart. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun stadionunda həyəcan siqnalı verilib. "Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Signal İduna Park"ın avto dayanacağının qərb hissəsində bomba aşkarlanıb.

Oyun üçün təhlükəsizlik məqsədilə yuxarıdan çəkilən şəkillərdə bomba olduğu görünüb. Əraziyə giriş qadağan olunub. 113,4 kq ağırlığında İngiltərə istehsalı olan bomba zərərsizləşdirilib.

Bu məqsədlə klub rəhbərliyinin mətbuat konfransı keçirəcəyi bildirilib.