"Şerif"in Çempionlar Liqasındakı ev oyununun yeri dəyişdirilib

Futbol
  • 28 iyun, 2022
  • 16:02
Şerifin Çempionlar Liqasındakı ev oyununun yeri dəyişdirilib

Moldova "Şerif"inin Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünün məkanı müəyyənləşib.

"Report"un Tiraspol klubunun rəsmi saytına istinadən məlumatına görə, matç Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq. İyulun 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Ukrayna ilə sərhəddə vəziyyətin gərginliyi göstərilib. "Şerif" bu qərarın müvəqqəti olduğuna ümid etdiyini bildirib.

44 - Tezliklə