"Səbail" klubunun hücumçusu koronavirusa yoluxub

Futbol
  • 02 fevral, 2022
  • 16:47
Səbail klubunun hücumçusu koronavirusa yoluxub

"Səbail" klubunun futbolçusu Mirsayib Abbasovda koronavirus aşkarlanıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat katibi Mehriban Mürsəlova məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı hücumçu məhz bu səbəbdən "Zirə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydana çıxmayıb.

Qeyd edək ki, "Zirə" - "Səbail" görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü fevralın 13-də keçiriləcək.