"Səbail" klubu 3000 manat cərimələnib
Futbol
- 13 mart, 2025
- 12:49
AFFA İntizam Komitəsi "Səbail" klubunu 3000 manat cərimələyib.
"Report" xəbər verir ki, buna paytaxt təmsilçisinin futbolçusu Suleyman Alluşun "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Oyunçuya dörd oyunluq cəza kəsilib.
"Kəpəz"ə 700 manat cərimə tətbiq edilib. Komandanın dörd oyunçusu "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.
"Turan Tovuz" isə 1000 manat cərimə ödəməli olacaq. Bölgə klubunun futbolçusu Emmanuel Hakman "Neftçi" ilə qarşılaşmada (1:1) rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə almışdı. Ona bir oyun cəza verilib.
Son xəbərlər
16:35
Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək
Biznes16:32
"Elektron kredit və zəmanət" sisteminin Əsasnaməsi" dəyişib
Biznes16:29
Fərid Qayıbov beynəlxalq arenada medal qazanan idmançıları təbrik edib
Fərdi16:29
Bakıda iki marşrut üzrə avtobuslar yenilənir
İnfrastruktur16:21
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Futbol16:20
İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub
Biznes16:16
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
Elm və təhsil16:08
Qara dəniz enerji dəhlizi layihəsində işlənmə mərhələsinə keçilib
Energetika16:04
Foto