“Səbail”in futbolçusunun cəzası açıqlanıb

Futbol
  • 18 aprel, 2024
  • 08:49
“Səbail”in futbolçusunun cəzası açıqlanıb

Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in futbolçusu Adi Mehremiçin cəzası açıqlanıb.

“Report” xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.

Buna görə “Səbail”in 3000 manat cərimələnib.

Qeyd edək ki, cəzanın sınaq müddəti 3 ay təyin edilib.

44 - Tezliklə