"Səbail"in ciddi xəsarət alan futbolçusu yenidən MRT müayinəsindən keçəcək

Futbol
  • 07 yanvar, 2024
  • 10:08
Səbailin ciddi xəsarət alan futbolçusu yenidən MRT müayinəsindən keçəcək

“Səbail”in futbolçusu Ağabala Ramazanov mart-aprel aylarında yenidən Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək.

Bu barədə "Report"a "dənizçilər"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bundan sonra həkimlər yanvarın 20-də 31 yaşı tamam olacaq hücumçunun nə vaxt məşqlərə qoşulması ilə bağlı qərar verəcəklər: "Hələlik onun müalicəsi ev şəraitində davam edir".

Qeyd edək ki, Ağabala Ramazanov "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.

44 - Tezliklə