"Səbail" ikinci hissəyə gec çıxdığına, "Neftçi" isə baş məşqçiyə görə cərimələnib
Futbol
- 17 avqust, 2023
- 08:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Səbail" klubunu 1500 manat cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in Premyer Liqanın II turunda "Neftçi" ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub.
Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək.
Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.
"Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "ağ-qaralar” 500 manat ödəməli olacaq.
Son xəbərlər
17:19
Foto
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
Fərdi
17:18
Çexiya şirkəti Azərbaycanın azad edilmiş ərazilərindəki layihələrdə iştirak edə bilər
İnfrastruktur
17:17
ARDNF-in xalis mənfəəti kəskin artıb
Maliyyə
17:17
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb
Energetika
17:16
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
Media
17:14
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
İnfrastruktur
17:14
Video
İspaniyada "Adam" qasırğasının fəsadları nəticəsində 4 nəfər ölüb - Yenilənib
Digər ölkələr
17:12
AFFA nümayəndəsi Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb
Futbol
17:09
Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi yeni imkanlar yaradacaq - Rəy
Milli Məclis