Avropa Liqasında "Samtredia" - "Qəbələ" matçı Tbilisidə keçirilməyəcək
Futbol
- 21 iyun, 2016
- 07:47
Bakı. 21 iyun. REPORT.AZ/ "Qəbələ"nin Gürcüstan "Samtredia"sı ilə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi cavab görüşünün məkanı müəyyənləşib. "Report"un qonşu ölkə mətbuatına istinadən verdiyi məlumata görə, oyun paytaxt Tbilisidə deyil, Zestafonidə təşkil olunacaq.
Komandalar iyulun 7-də David Abaşidze adına stadionda üz-üzə gələcəklər. 4500 tamaşaçı tutumuna malik arenada 2012-ci ilin yayında "Neftçi" "Zestafoni" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gəlib. Oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, "Qəbələ" və "Samtredia" komandaları arasındakı ilk görüş iyunun 30-da "Bakcell Arena"da baş tutacaq.
Son xəbərlər
03:17
Pentaqon 30 müəssisəsindən Çin, Rusiya və İran strukturları ilə əlaqələri barədə hesabat tələb edib
Digər ölkələr02:38
Trampın reytinqi ikinci prezidentlik müddətində ən aşağı səviyyəyə düşüb
Digər ölkələr02:09
Çin ABŞ dövlət istiqrazlarına yatırımlarını 633,4 milyard dollara qədər azaldıb
Digər ölkələr01:58
Ərdoğan Trampla İran və Qəzzanı müzakirə edib
Region01:36
FİFA İnfantinonu tənqid edən direktoru işdən çıxarıb
Futbol01:15
İsrail ordusu Qəzzada qalacaq
Digər ölkələr00:31
Trampın kürəkəni: HƏMAS-ın tərksilah edilməsi artıq 30 gün ərzində başlaya bilər
Digər ölkələr00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45