"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub
Futbol
- 12 oktyabr, 2026
- 11:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub.
O, Misli Premyer Liqasının VII turunun "Zirə" ilə səfər görüşündə (1:1) fərqlənib.
900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən "Şamaxı" ümumi qol sayında yalnız "Qarabağ", "Neftçi" və "Kəpəz"dən geri qalır.
Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də "Neftçi" ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.
Son xəbərlər
10:49
Dron hücumundan sonra Sankt-Peterburqdakı "Ozon" anbarında yanğın baş verib
Digər ölkələr
10:46
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
Futbol
10:37
Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Xarici siyasət
10:30
Foto
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Sosial müdafiə
10:19
ABŞ-də futbol matçı zamanı avtomobilin izdihama çırpılması nəticəsində iki nəfər ölüb - yenilənib
Digər ölkələr
10:07
Kanadada hərbi bazada baş verən yanğında yeddi nəfər həlak olub - yenilənib
Digər ölkələr
10:01
Azərbaycan Basketbol Liqasında III tura start verilir
Komanda
09:59
BƏƏ sahillərində gəmi hücuma məruz qalıb, xəsarət alan var
Digər ölkələr
09:33
Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq
Digər ölkələr