"Sabah" klubunun futbolçuları Olimpiya Kompleksinin stadionuna zərər vurub

Futbol
  • 03 dekabr, 2021
  • 09:49
Sabah klubunun futbolçuları Olimpiya Kompleksinin stadionuna zərər vurub

AFFA İntizam Komitəsi "Sabah" klubunu 240 manat cərimələyib.

"Report"un məlumatına görə, buna "Sabah-2" komandasının futbolçularının "Qaradağ Lökbatan"a səfərdə 2:3 hesabı ilə uduzduğu I Divizionun X tur matçında intizamsızlığa yol vermələri səbəb olub.

Onlar Qaradağ Olimpiya İdman Kompleksinin stadionundakı dəhlizin qapısının şüşəsini sındırıblar. Klub cərimələnməklə yanaşı, vurulmuş zərəri də qarşılamalıdır.

44 - Tezliklə