“Sabah” futbol klubunun sponsoru açıqlanıb

Futbol
  • 19 iyul, 2018
  • 08:00
“Sabah” futbol klubunun sponsoru açıqlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” futbol klubunun sponsoru açıqlanıb.

Klubdan “Report”a verilən məlumata görə, paytaxt təmsilçisinin büdcəsi əsasən “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacaq.

Qeyd edək ki, 2017-ci ildə yaradılan “Sabah”ın təsisçisi “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdur. Klubun prezidenti isə Maqsud Adıgözəlovdur. Paytaxt təmsilçisində Müşahidə Şurası da fəaliyyət göstərəcək və üzvlər yaxın günlərdə açıqlanacaq.

44 - Tezliklə