Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib
Futbol
- 09 may, 2016
- 13:01
Bakı. 9 may. REPORT.AZ/ Rusiya yığmasının və İspaniyanın "Valensiya" klubunun futbolçusu Denis Çerışev AVRO-2016-dan kənarda qalacaq. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu La Liqanın 36-cı turunun "Vilyarreal"la qarşılaşmasında zədələnib.
Çerışevin sol baldır əzələsində qırıq aşkarlanıb. Həkimlər futbolçunun mayın 17-də əməliyyat olunmasına qərar veriblər. Onun bərpasına ən azı 4 ay lazım gələcək. Beləliklə, Rusiya yığmasının legioneri qitə çempionatı ilə yanaşı, gələn mövsümün startını buraxmalı olacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək.
Son xəbərlər
23:25
Kəlbəcərdə 3,6 maqnitudalı zəlzələ baş verib
Hadisə23:02
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Digər ölkələr22:47
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB-7
Digər ölkələr22:45
Eyal Zamir: İsrail bütün əsas cəbhələrdə danışıqlar aparır
Digər ölkələr22:42
Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfinə çevrilib
Futbol22:21
Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr22:07
ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə edib
Xarici siyasət22:03
Birgə Bəyanat: Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir
Xarici siyasət21:53