Rusiya klubu "Fənərbağça"da çıxış etmiş futbolçunun transferini açıqlayıb

Futbol
  • 09 fevral, 2026
  • 15:58
Rusiya klubu Fənərbağçada çıxış etmiş futbolçunun transferini açıqlayıb

Rusiyanın "Zenit" futbol komandası hücumçu Con Duranın transferini rəsmən açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu keçidlə bağlı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi ilə razılıq əldə edib.

22 yaşlı oyunçu 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında "Zenit"in formasını geyinəcək.

Qeyd edək ki, Con Duran son olaraq Türkiyədə "Fənərbağça" klubunda çıxış edib.

44 filmi