Ruan Renato "Zirə"də 100-cü matçına çıxıb

Futbol
  • 17 avqust, 2026
  • 11:35
Ruan Renato Zirədə 100-cü matçına çıxıb

"Zirə"nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.

"Report" xəbər verir ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb.

Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb:

Flavinyo ("Neftçi") – 133

Dodo ("Qəbələ") – 131

Denis Silva ("Neftçi") – 116

Denis Silva ("Şamaxı") – 113

Ruan Renato ("Zirə") – 100

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.